Telefon və kompüterlərin beyin üçün təhlükəsi açıqlanıb 10 Mart 2020 10:49 Sağlamlıq Yaponiya alimləri smartfon və kompüterlərdən çox istifadənin beyinin yorulması ilə nəticələnərək marazm və depressiyanın inkişafına səbəb olacağı qənaətinə gəliblər. Maide.Az “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, “Okumura” yaddaş klinikasının direktoru Ayumi Okumuranın sözlərinə görə, son illər yaddaş pozğunluğu diaqnozu qoyulan insanların sayı artıb. Bu problem daha çox 30-60 yaşlı xəstələr arasında aşkarlanıb. Həkim bu tendensiyanı insanların beyinə mənfi təsir göstərərək onu böyük həcmli informasiya ilə yükləyən telefon və kompüterlərdən çox istifadə etməsi ilə izah edib. Onun sözlərinə görə, insan beyini bu həcmin emalının öhdəsindən gələ bilmir. Alim neyrocərrah, Vaseda Universitetinin professoru Yesikuni Edaqava qeyd edib ki, beyində informasiyanın tənzimlənməsi, eləcə də düşüncə, qərarların qəbul olunması, yaddaş və emosiyalara nəzarət üçün alın payında ön qabıq məsuliyyət daşıyır. Bu səbəbdən informasiya çox olan zaman bu funksiyaların fəaliyyəti pozula bilər. Beləliklə, sadə səhvlərin sayı artır, öyrənmə səviyyəsi azalır, ümidsizlik və qəzəb əmələ gəlir, eləcə də motivasiya və maraq itir. Alimlər tərəfindən kompüterdə işləyərkən və ya televizora baxarkən, eləcə də qida qəbulu zamanı smartfonlardan istifadə etməmək tövsiyə edilir. Bundan başqa, daha çox yatmaq məsləhət görülür, çünki yuxu zamanı beyin dincəlir və bərpa olunur. Teqlər : #Telefon,#və,#kompüterlərin,#beyin,#üçün,#təhlükəsi,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar TƏBİB-dən 14 gün açıqlaması
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir