Telegram bəzi məlumatları hakimiyyətə verə bilər

Telegram bəzi məlumatları hakimiyyətə verə bilər

Telegram messenceri qaydaları dəyişib və bundan sonra terrorçuluqda şübhəli bilinənlərin telefon nömrələrini və IP ünvanlarını xüsusi xidmət orqanlarına verə bilər. Amma bundan ötrü məhkəmə qərarı olmalıdır.
 
Konfidensiallıq siyasəti bölümündə qeyd olunur ki, əvvəllər oxşar informasiyanı heç vaxt xüsusi xidmətlərə verməyiblər. Ancaq messencer yazışmaları və mesajların şifrələmə açarlarını təqdim etməyəcəyini bildirir.
 
“Agora” hüquq-müdafiə təşkilatının hüquqşünası Pavel Chikov qeyd edib ki, messencerin siyasətindəki dəyişikliklər FSB-nin Telegram-a qarşı istintaq işinin nəticəsidir, amma bunun hakimiyyətlə danışıqların nəticəsi saymaq olmaz. Chikov vurğulayıb ki, messencer rəhbərliyi terrorçuluqla çoxdan mübarizə aparır.
 
 Avqustun 9-da Rusiya Ali Məhkəməsi FSB-nin sərəncamının ləğvindən imtina edib. Həmin sərəncama görə, Telegram xüsusi xidmətin ilkin tələbinə uyğun olaraq istifadəçilərin mesajlarının şifrələmə açarlarnı təqdim etməlidir.
 
Telegram rəhbərliyi isə Rusiya Konstitusiyasına söykənərək bu tələbi yerinə yetirməkdən imtina edir. Konstitusiya yazışmaların, telefon söhbətlərinin, poçt, teleqraf və digər məktublaşmaların gizliliyinə zəmanət verir. Məhkəmədə isə şirkətin arqumentlərini “əsassız” adlandırıblar.
 
Telegram-ın imtinası onun Rusiya ərazisində bloklanmasıyla sonuclanıb. Bu il aprelin 16-dan messenceri bloklamağa çalışırlar. Telegram artıq fasilələrlə işləməyə başlayıb. Mediascope tədqiqat şirkətinin məlumatına görə, messencer Rusiyadakı auditoriyasının beşdə birini itirib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru