Televizor texnologiyalarının təkamülünün yeni mərhələsi

Televizor texnologiyalarının təkamülünün yeni mərhələsi

Son illər TV texnologiyalarında yaranan yeni adları hər kəs eşidib, amma onların nə özəlliyinə görə seçildiyini hamımız bilirikmi?
 

Plazma, LCD, LED, 3D, Curved TV dedikdə onların funksionallığı və təklif etdiyi üstünlüklərdən xəbərdarıqmı?

 

Son 2 ildə böyük maraq doğuran Curved, yəni qövsvari televizorların əsas üstünlüyü təsvirin qəbulunun rahat olmasıdır. Qövsvari dizayn görüntünün aydınlığını maksimal dərəcədə artırır. Təbii dairəvilik seyr zamanı göz hərəkətini azaldır ki, bu da gözləri dəfələrcə az yorur. Hətta bununla bağlı araşdırma da keçirilmişdir və iştirakçılar arasında qövsvari ekrana baxan insanların az faizi gözlərin yorulmasından , görmənin bulanmasından şikayətlərnirdi (Mənbə: Harvard Tibb Məktəbinin yastı və qövsvari ekranların müqayisəsi üzrə araşdırması).

 

Bütün sadalananlara əlavə olaraq onu da qeyd edək ki, TV təkamülündə son trend olaraq Curved TV interyerə zövq, mükəmməllik qataraq müasir incəsənət konseptini yaradır.

 

İndi də yaxın keçmişə nəzər salaraq, TV texnologiyalarının təkamül yoluna baxaq: Keçmişin elektron-şüalı televizorlarından sonra bu texnologiya təsəvvürlərini tam dəyişmiş plazma televizorları peyda oldu. Yeni trendlərə baxmayaraq plazma televizorlar hələ də aktuallığını itirmir. Amma önəmli bir mənfi cəhəti var ki, dözümsüzdür və pikselləri yanaraq işıqlanma qabiliyyətini itirir.

 

Yaxın keçmişdə texnologiyada yenilik yaratmış LCD televizorların işıqlandırmasını flüoressent və lüminessent lampalar həyata keçirir. Əsas üstünlüyü ondadır ki, görməyə ziyanı sələflərindən qat-qat azdır.

 

LED televizor alt işıqlandırma üçün işıq diodlarının istifadə olunduğu maye-kristal (LCD) texnologiya olaraq daha az nazikliyə malikdir. İstehsalçıların dediyinə görə, işıqdiodların istifadəsi parlaqlığı, kontrastı, görüntü dəqiqliyini artırır. Bu da təsvirin qəbulunda rahatlıq yaradır, eləcə də enerji sərfiyyatına 40%-dək qənaət edir.

 

3D televizorlar eyni zamanda bir neçə displeydən istifadə edərək stereoskopik təsvir canlandırmaq üçün 3D rejimdə işləyə bilir və daha geniş təsvir imkanı yaradır. 3D təsvirin tam canlandırılması üçün 3D eynəklərdən istifadə etmək lazım gəlir. Amma bunu da hər kəs bəyənmir.

 

Curved TV-nin yaranması ilə nəticələnən bu televiziya texnologiyalarının təkamülü gələcəyi gündəlik həyatımıza asta, lakin çox doğru şəkildə gətirir. (apa) /

 

Google+ WhatsApp ok.ru