Telman İsmayılov “Mardan Palace”ı xilas etmək istəyir

Əslən Azərbaycanlı olan dağ yəhudiləri icmasının ən zəngin nümayəndəsi Telman İsmayılov Antalyada ona məxsus Mardan Palace otelini itirməməyə müvəffəq olub.
 
Milyonlarla borcla əlaqədar Türkiyənin məhkəmə icraçıları oteli hərraca çıxarmağa hazırlaşırdı, deyə gursesintour.com saytı məlumat yayıb. Nəşrin məlumatına görə, son anda İsmayılov Türkiyənin Halk Bankası ilə borcunun yenidən təşkil edilməsi barədə razılıq əldə edə bilib. Biznesmen yaxın 4 ildə banka 100 mln. dollar ödəmək öhdəliyi götürüb.
 
Mardan Palace 23 may 2009-cu ildə, otelə adı verilmiş biznesmenin atası Mərdanın 100 illik yubileyində açılıb.
 
Dünyada ən təmtəraqlı otellərdən biri hesab olunan bu mehmanxananın inşaatına o, müxtəlif qitmərləndirmələrə görə 500-700 mln. dollar vəsait yatırıb.
 
Qeyri-rəsmi məlumatlara görə, Türkiyə bankından başqa, Telman İsmayılov inşaat üçün Azərbaycan Beynəlxalq Bankından da kredit götürüb.
 
2010-cu ildə Antalya meri Mustafa Akaydın otelin inşaatına icazə verilməsinin qanuniliyini yoxlamağa başlayıb.
 
Türkiyə mətbuatının məlumatına görə, otel İsmayılovun gözlədiyi qədər gəlirli olmayıb və tikintisinə yatırılmış böyük vəsaiti ödəməyib.

Google+ WhatsApp ok.ru