Telman İsmayılovla Ayaz Mütəllibov ortaq olub?

Tükiyə mətbuatında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla Azərbaycan əsilli milyarder Telman İsmayılovun ortaq əlaqələri barədə informasiya yer alıb.
 
Ayaz Mütəllibovun Telman İsmayılovla birgə Moskvada restoran biznesi olduğu barədə məlumatlar da yayılıb.
 
Maide.az xəbər vrir ki, eks-prezident Ayaz Mütəlibov modern.az-a açıqlamasında yayılan informasiyanın həqiqəti əks etdirmədiyini deyib.
 
"Mənim haqqımda yazılanlar cəfəngiyyatdır. Heç mən Telman İsmayılovla tanış da deyiləm. Heç yerdə təsadüf nəticəsində belə, görüşməmişik. Qətiyyən, yanlış informasiyadır. Təəccüblənirəm ki, kimin ağlına belə bir fikir gələ bilər!".
 
Eks-prezident Türkiyə mətbuatının bu cür yanlış informasiyaya yer verməsini də qınayıb.
 
"Türkiyə mətbuatının da yaxşısı və pisi var. Şayiə yayanlar da çoxdur. Bizim heç vaxt ortaq əlaqələrimiz olmayıb və ola da bilməz. Çünki o, tamam başqa aləmin adamıdır.
 
Həmçinin, Türkiyə dövləti ilə mənim heç bir əlaqəm yoxdur. Heç asılılığım da yoxdur. Mən Azərbaycan vətəndaşıyam. Azərbaycan siyasətçisiyəm. Türklər öz işləri ilə məşğul olsunlar".

Google+ WhatsApp ok.ru