Temperatur bir qədər də enəcək

Temperatur bir qədər də enəcək

İyulun 24-də havanın temperaturunun bir qədər də aşağı düşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-24°, gündüz 26-30°, Bakıda gecə 22-24°, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Rayonlardan bəzilərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-16° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru