`Terek` klubunun adı dəyişilib

`Terek` klubunun adı dəyişilib

Çeçenistan prezidentinin qərarına azarkeşlər etiraz edir
 
Rusiyanın "Terek" klubu adını dəyişib. "Report"un məlumatına görə, bu barədə Çeçenistan təmsilçisinin prezidenti Maqomed Daudov açıqlama verib.
 
O, şəxsi "İnstagram"ında Qroznı komandasının bundan sonra "Axmat" adlandırılacağını bildirib və klubun yeni loqosunu nümayiş etdirib. Daudov yazıb: "Damarlarımızda atalarımızın təmiz çeçen qanı axır. Ürəyimizdə isə Axmat adıdır".
 
Lakin bu qərar azarkeşlərin etirazına səbəb olub. Onlar etirazlarını klubun sosial şəbəkədəki səhifəsində ifadə ediblər.
 
Ötən mövsüm "Terek" Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bundan sonra Rəşid Rəhimov baş məşqçi postundan istefaya göndərilib və yerinə Oleq Kononov təyin olunub.
 
Qeyd edək ki, Axmat Çeçenistan prezidenti və klubun fəxri prezidenti Ramzan Kadırovun atası olub. Axmat Kadırov 2003-cü il oktyabrın 5-də Çeçenistanın ilk prezidenti seçilib və 9 may 2004-cü ildə Qroznı stadionunda törədilmiş terror aktı nəticəsində ölüb. Onun adı "Terek"in 2011-ci ildə inşası tamamlanan stadionuna verilib. /

Google+ WhatsApp ok.ru