Tereza Meyə etimadsızlığa dair keçiriləcək səsvermənin tarixi məlum olub 16 Noyabr 2018 15:23 Xəbərlər Böyük Britaniyanın Baş naziri Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək. Maide.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Daily Telegraph" mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq. Hakim Mühafizəkarlar Partiyasının nizamnaməsinə uyğun olaraq, prosedur parlamentari-torilərin azı 15%-nin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başladıla bilər. Qeyd edək ki, daha əvvəl Britaniya Baş naziri Tereza Meyin partiyadaşlarının bu proseduru başlatmaq üçün kifayət qədər səs topladığı bildirilmişdi. Teqlər : #Tereza,#Meyə,#etimadsızlığa,#dair,#keçiriləcək,#səsvermənin,#tarixi,#məlum,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həftənin ən gözəl qolları və ötürmələri - VİDEO Salah Misir yığmasına vacib qələbə qazandırdı