Terroristlər “Suriya şiələrini” Rusiya qırıcılarına qarşı canlı qalxan etdilər

Ceyş əl-İslam terror qruplaşması öz tabeliyində olan mövqelərdə Ələviləri həbs edərək, onları qəfəsə salır və öz hərbi obyektlərinin və silah anbarlarının üstünə canlı qalxan olaraq yerləşdiriblər.
Maide.az xəbər verir ki, Suriya terroristləri Dəməşqin yaxınlığında Rusiya döyüş təyyarələrinin hava hücumunun qarşısını almaq üçün ələvilərdən canlı qalxan kimi istifadə ediblər.
Əl-Məyadin telekanalı bununla bağlı məlumat verib: Ceyş əl-İslam terror qruplaşması “Zəhran Əlvəş”in göstərişi ilə öz tabeliyində olan mövqelərdə Ələviləri həbs edərək, onları qəfəsə salaraq binaların, öz hərbi obyektlərinin və silah anbarlarının üstünə yerləşdiriblər.
Bu faktı sübut edən videokadrlar göstərir ki, bu məqsədlə hazırlanmış qəfəslərdə qadınlar da var.
Bununla da terroristlər Suriya ordusunun “Duma” və “Şərqi Qute” rayonlarına doğru irəliləməsinə mane olmaq istəyirlər.
İngilis dilli “Hevi” saytı da qadınlaraın qəfəsə salındığı şəkilləri yayaraq, onların Ələvi olmasını vurğulayır./
 

Google+ WhatsApp ok.ru