`Terrorizmin banisi və himayədarı Amerikadır`

Ali Lider Ayətullah Xamenei  Fars Körfəzinin təhlükəsizliyinin sahilyanı ölkələr tərəfindən qorunmasına təkid edib. 
"Təhlükəsiz Fars Körfəzi hamı üçün təhlükəsizdir, təhlükəsizliyi olmayan Fars Körfəzinin heç kim üçün təhlükəsizliyi yoxdur."
Maide.az xəbər verir ki, bu sözləri Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Besət bayramı, həzrət Məhəmməd(s.ə.s)-in peyğəmbərliyə təyin olunmasının ildönümü günü münasibətilə İran rəsmiləri və İslam ölkələrinin Tehrandakı səfirləri ilə görüşündə deyib. 
 
Ayətullah Xamenei bildirib ki, bu gün cahillik İslam dininin zühur etdiyi dövrdə olduğundan daha güclü və yüzlərlə dəfə daha təhlükəli formada zahir olub. Əlbəttə, bu gün İslam da təchiz olunub və bir çox vasitələrlə dünyada geniş formada yayılıb. 
Ayətullah Xamenei əlavə edib ki, region və İslam ölkələri ilə düşmən olanların siyasəti İslam ölkələrini bir-biriləri ilə qorxutmaqdır. “  Xəyali düşmən yaradaraq, həqiqi düşmənlər olan hegemonçular, onların əlaltıları və sionistlərin diqqətdən kənarda qalmalarına şərait yaradırlar. Bu siyasətlərə qarşı çıxmaq, cahillik ilə mübarizə aparmaq deməkdir. “
Ayətullah Xamenei bildirib ki, region xalqları oyanıb. İslami Oyanışı müvəqqəti olaraq yatırdıblar, amma oyanış və bəsirət yatırdılası deyil. İslam Ümmətinin tükənməz qüdrətini unutmaq olmaz. 
Ali Lider Ayətullah Xamenei əlavə edib ki, imperializmin xəbisliklə yanaşı olan siyasətləri öz mənafeyini təmin etmək üçün vasitəçi müharibələr törətməkdir. “Biz, Fars Körfəzi bölgəsində yerləşən ölkələr, ortaq maraqlara malikik. Təhlükəsiz Fars Körfəzi hamı üçün təhlükəsizdir, təhlükəsizliyi olmayan Fars Körfəzinin isə heç kim üçün təhlükəsizliyi olmayacaq.”
Ayətullah Xamenei  minlərlə insanın ölümünə və yaralanmasına yol açan Ərəbistanın Yəmənə olan təcavüzünə işarə edib və bildirib ki, biz məzlumları himayə edəcəyik. “Hətta, Məkkə müşrikləri belə, haram ayda müharibəni dayandırırdılar. Amma bu gün Rəcəb ayında Yəmənli ailələri qəmlə boğurlar. Yəmən və Bəhreyn xalqları məzlumdurlar. Fələstin xalqı xroniki məzlumluğa düçar olub.”
Ayətullah Xamenei deyib ki, təəssüflər olsun ki, Yəməndə cinayətlər və qırğınlar özünü müsəlman adlandıran ölkələr tərəfindən törədilir. Amma onlar aldanıblar. Terrorizmin banisi və himayədarı, Amerikadır. İran terrorizm ilə mübarizə etdi və ona ağır zərbələr endirdi. Bundan sonra da belə olacaq.  
 

Google+ WhatsApp ok.ru