Terror qurbanlarının neçə faizini müsəlmanlar təşkil edir?

Terror qurbanlarının neçə faizini müsəlmanlar təşkil edir?

Son 10 ildə dünyanın müxtəlif bölgələrində baş vermiş terror hücumlarının statistikasına nəzər salanda  görürük ki, terror hücumlarının  60 faizi müsəlmanlar yaşadığı ərazilərdə baş verir. Terror qrubanlarının üçdə dördü müəslmanlar yaşayan ərazilərdəndir. 
 
Maide.Az xəbər verir ki, son 10 il ərzində dünya mətbuatında “terrorizm” və “müsəlman” ifadələri tez-tez yan-yana təkrarlanır. Qərb mediaları  daha çox  terrorçuların “müsəlman”  olması üzərində daha çox dayanırlar. Lakin araşdırmalar göstərir ki,  müsəlmanlar özləri  daha çox terror qrubanlarıdır.  Terror hücumlarının çoxu müsəlmanlar yaşayan əraizlərdədir. 
 
Bu yazıda ABŞ Milli Təhlükəsizlik Departamenti  və ABŞ-ın Maryland Universitetinin birgə nəzarəti altında hazırlanmış hesabata əsasən ötən illər ərzində  terror hadisələrinin baş verdiyi ərazilər və qurbanların satistikasının xülasəsini qeyd edirik . 
 
2015-ci il
 
Statistikaya əsasən  2015-ci ildə  92 ölkədə terror hadisəsi baş verməsinə baxmayaraq bu terror hücumlarının 55 faizdən çoxu  İraq, Əfqanıstan, Pakistan, Hindistan və Nigeriyada baş verib.  Həmçinin terror hücumları nəticəsində ölənlərin 74 faizi İraq, Əfqanıstan, Nigeriya, Suriya və Pakistandır. 
 
Bu ildə  İraqda 6932, Əfqanıstanda 5292, Nigeriyada 4886,  Suriyada 2748 və Pakistanda 1081 nəfər terror hücumları nəticəsində həyatını itirib. 
 
Bu ildə dünyada baş verən terror hücumlarının 63 faizdən çoxu əsasən İraq, Əfqanıstan, Pakistan, Nigeriya, Misir, Banqladeş, Suriya və Liviyada baş verib.  37 faizdən azı isə dünyanın digər bölgələrində baş verib. 
 
2014-ci il
 
2014-cü ildə baxmayaraq ki, dünyanın 95 ölkəsində terror hücumları baş verib, lakin  bu hücumların 60 faizdən çoxu yenədə İraq, Pakistan, Əfqanıstan, Hindistan və Nigeriyanın payına düşür. 
 
Eləcə də bu hücumlar nəticəsində həyatını itirənlərin 78 faizdən çoxu bu ölkələrdəndir.  İraqda 9929, Nigeriyada 7512, Əfqanıstanda 4505,  Pakistanda 1757 və Suriyada 1698 müsəlman  terror qurbanı olub. 
 
Bu ildə dünyada baş verən terror hücumlarının 57 faizdən çoxu əsasən İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriya baş verib.  43 faizdən azı isə dünyanın digər bölgələrində baş verib. 
 
 
2013-cü il 
 
2013-cü ildə dünyada baş vermiş terror hücumlarının 57 faizi, terror qurbanlarının 66 faizi  İraq, Pakistan və Əfqanıstanın payına düşür. 
 
Bu ildə İraqda 6378, Əfqanıstanda 3111 və Pakistanda 2315 müsəlman terror qurbanı olub. 
 
Bu ildə dünyada baş verən terror hücumlarının 67 faizdən çoxu əsasən İraq, Əfqanıstan, Pakistan, Nigeriya, Yəmən, Suriya və Somlidə  baş verib.  33 faizdən azı isə dünyanın digər bölgələrində baş verib. 
 
2012-ci il
 
2012-ci ildə dünyanın 85 ölkəsində terror hücumu baş verib. Baş vermiş terror hücumlarının 55 faizi, terror qurbanlarının 62 faizi  İraq, Pakistan və Əfqanıstanın payına düşür. 
 
Bu ildə terror hücumları nəticəsində Əfqanıstanda 2632  nəfər həlak olub və İraqda isə  6641 müsəlman yaralanıb. 
 
Bu ildə dünyada baş verən terror hücumlarının 70 faizdən çoxu əsasən Pakistan,  İraq,  Əfqanıstan,  Nigeriya, Yəmən, Somali və Suriyada baş verib.  30 faizdən azı isə dünyanın digər bölgələrində baş verib. 
 
 2007-2011-ci il
 
2007-2011-ci illər ərzindədə dünyada baş verən terror qurbanlarının  80 faizdən çoxu müsəlmanlar olub.
 
Qeyd edək ki, BMT –də 2014-cü ildə yayımladığı hesabatda İraqda İŞİD terror qruplaşmasının hücumlarının böyük hissəsinin müsəlmanlar olduğunu açıqlayıb. 
 

Google+ WhatsApp ok.ru