Terrorçular İdlibdə elektrik stansiyasını məhv etdilər - VİDEO

Terrorçular İdlibdə elektrik stansiyasını məhv etdilər - VİDEO

İdlibin cənub-qərb ətrafındakı Cisr Əş-Şuğur məntəqəsinin yaxınlığında Zeyzun elektrik stansiyası Türküstan partiyası terrorçuları tərəfindən məhv edilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, terrorçular bu gün (7 may) səhər İdlibin cənub qərbindəki Zeyzun elektrik stansiyasına hücum edərək, bir hissəsini məhv ediblər.
 
Nusra Cəbhəsi terrorçuları bundan əvvəl Zeyzun stansiyasına hücum etmiş və stansiyanın elektrik təchizatını oğurlayaraq Türkiyəyə aparmışdı.
 
Zeyzun elektrik stansiyası təxminən 3 il əvvəl Nusra Cəbhəsi terrorçuları tərəfindən işğal edildi. Bu elektrik stansiyasının qiymətinin 500 milyon dollar olduğu təxmin edilir. Deyerler.org
 

Google+ WhatsApp ok.ru