Terrorçular Hələb şəhərinin tarixi rayonlarını tamamilə tərk edib - VİDEO

Terrorçular Hələb şəhərinin tarixi rayonlarını tamamilə tərk edib - VİDEO

Silahlı qruplaşma üzvləri Hələb şəhərində tarixi  rayonları tamamilə tərk edib. FaktXəbər-in Tass-a istinadla məlumatına görə, bu barədə Al-Mayadeen telekanalı xəbər yayıb.
 
Bildirilir ki, silahlı qruplaşma üzvləri qədim məhəllələri tərk edib. O da vurğulanır ki, geri çəkilərkən ekstremistlər ciddi itkilərlə üzləşiblər. 
 
Həmçinin onlarla silahlının orduya təslim olduğu da bildirilir.
 
Bundan başqa Hələbin şərqində olan radikallar özlərinin bəzi nümayəndələrini Türkiyəyə göndəriblər. Səfərdə əsas məqsəd Türkiyə hökumətini, silahlı  müxalif qruplaşmaların şəhərdən çıxmaları üçün təhlükəsiz dəhliz vermələri barədə Suriya Ordusu ilə danışıqlar aparmağa razı salmaqdır.
 
Suriya qoşunu dinc sakinləri Hələbin qədim məhəllələrindən evakuasiya edir.
 
Terrorçuların Hələbin qədim ərazilərində müqaviməti dəf edilib. Silahlı qruplaşmalar onların sonuncu dayağı olan Bustan əl-Qəsrdən qaçıblar. Şahidlərin sözlərinə görə, yerdə qalan üzvlər isə şəhərin cənub hissəsinə toplaşır. Onlar qaçarkən öz silahlarını, minaatanlarını və silah anbarlarını atıblar. /
 

Google+ WhatsApp ok.ru