Terrorçuların daha bir pozğunluğu: UŞAQLARA TƏCAVÜZ!

İŞİD-in əlindən qaçıb Türkiyəyə sığınan 15 yaşlı yezidi qızı terrorçuların 5 yaşından kiçik qızlara belə təcavüz etdiyini, iki kiçik bacısının onların əlində olduğunu söyləyib.
 
Maide.az-ın məlumatına görə, İraqın şimal-qərbindəki Sincar dağlarında ailəsi ilə birgə yaşayarkən İŞİD tərəfindən qaçırılan, sonra isə Mosula aparılaraq orada pul qarşılığında bir yəhudiyə satılan 15 yaşlı yezidi qızı Türkiyəyə qaçış hekayəsini "Associated Press"ə danışıb.
 
Ərini vurub qaçmağa çalışarkən İŞİD terrorçuları tərəfindən tutulan gənc qız, bu dəfə də 1000 dollar qarşılığında Səudiyyə Ərəbistanından olan bir nəfərə satılıb. Nəhayət onun da əlindən çayına dərman ataraq xilas olmağı bacardığını söyləyən və adını söyləməyən gənc qız bir tanışının köməyi ilə Türkiyəyə qaçdığını deyib.
 
Yezidi qızı İŞİD terrorçularının 5 yaşından kiçik qızlara belə təcavüz etdiyini, iki kiçik bacısının terrorçuların əlində olduğunu, atası, böyük qardaşı və kişi qohumlarının aqibətini isə bilmədiyini söyləyib. "Yüzlərlə qadın İŞİD terrorçularının əlindədir və qul kimi satılır", - deyən qız, ailəsindən bəzi şəxslərin hələ İŞİD-in əlində olduğu üçün üzünü göstərməyib.

Google+ WhatsApp ok.ru