Terrorçular Suriyada yenə mülki vətəndaşları hədəf aldı

Maide.az Suriyanın "Səna" agentliyinə istinadən xəbər verir ki, terror dəstələri Hələbin şimal-qərbində yerləşən Halidiyəni raket və "cəhənnəm topu" dedikləri mətbəx qaz balonları ilə hədəf aldıqlarını deyib.
 
Bildirilir ki, hücumlar nəticəsində 1 mülki vətəndaş dünyasını dəyişib, 6-sı isə yaralanıb. Xüsusi və dövlət mülklərinə ciddi şəkildə ziyan dəyib.
 
Terrorçuların yenə Hələb şəhərinin Hamadaniyə bölgəsində "Rizvan" məscidinin ətrafını raket hücumları ilə hədəf alması nəticəsində 5 mülki vətəndaş yaralanıb. 
 
Lazkiyəyə də edilən raket hücumu nəticəsində 2 nəfər mülki vətəndaş yaralanıb. 

Google+ WhatsApp ok.ru