Terrorun İraqda fevral ayı nəticəsi: 670 ölü, 1290 yaralı

Birləşmiş Millətlər Təşkilatı İraq Yardım Missiyası (UNAMI) tərəfindən hazırlanan hesabatda, ölkə daxilində keçən ay baş verən qarşıdurma və terror hadisələri səbəbi ilə 670 nəfərin öldüyü, 1290 nəfərin yaralandığı qeyd edilib.
 
Maide.az xəbər verir ki, hadisələrdə həyatını itirənlər arasında 410 nəfər, yaralananlar arasında da 1050 nəfərin mülki vətəndaş olduğu bildirilən hesabatda, paytaxt Bağdadın 277 ölü və 838 yaralıyla mülki itkilər bazasında ilk sırada yer aldığı qeyd edilib.
 
Fevral ayında ibadətxanalar, bazar və mərasim məkanlarına qanlı hücumlar təşkil olunub.
 
İraqda yanvar ayında 849 nəfər ölüb, 1450 nəfər yaralanıb.
 

Google+ WhatsApp ok.ru