Texasda `Qadınların hicab təcrübələri` teatr monoloqu nümayiş etdiriləcək

Texasda `Qadınların hicab təcrübələri` teatr monoloqu nümayiş etdiriləcək

-- hicablı qadınlarla hicabsız qadınlar arasında ayrı-seçkilik salınmamasını göstərmək məqsədilə

Texasda 28 martda müsəlman qadınların bacarıqlarını nümayiş etdirmək və hicablı qadınlarla hicabsız qadınlar arasında ayrı-seçkilik salınmamasını göstərmək məqsədilə teatr nümayiş etdiriləcək.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, teatrda amerikalı sənətçi qrupları bacarıqları fərdi şəkildə təqdim edəcəklər.
 
Proqramın direktoru Hanan Haşim bildirib ki, teatrın əsas məqsədi hicablı qadınlara önyarqını aradan qaldırmaqdır.
 
Qeyd edək ki, ənənəvi  proqram 2006-cı ildən etibarən keçirilir. Təqdim edilən mövzularda əsasən müsəlman qadınların sevgi, dostluq və ailə məsələlərinə istinad edilir.

Google+ WhatsApp ok.ru