Texniki nasazlıq aradan qaldırılıb

Texniki nasazlıq aradan qaldırılıb

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. 
 
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.
 
Qeyd edilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Google+ WhatsApp ok.ru