Tezliklə dünya əhalisinin sayı azalacaq 06 Fevral 2019 09:12 Dünya Yer planetinin əhalisi yaxın gələcəkdə azala bilər. Bu nəzəriyyəni kanadalı jurnalist Con İbbitson və politoloq Darrel Briker irəli sürüblər. Qeyd edək ki, hazırda dünyada təxminən 7,7 milyard insan yaşayır. 2050-ci ildə əhalinin sayının 9 milyardı keçəcəyi bildirilir. BMT ekspertləri isə daha əvvəl bildirmişdilər ki, Yer planeti artan əhalini qidalandırmaq iqtidarında olmayacaq. Lakin kanadalı araşdırmaçıların fikrincə, bu tipli məlumatlar şişirdilib. Onlar bir daha qlobal modelləri araşdırıblar və bu nəticəyə gəliblər ki, 30 ildən sonra insanların sayı azalmağa başlayacaq. Onlar hesab edirlər ki, 2100-ci ildə daha əvvəl proqnozlaşdırıldığı kimi 11 milyard deyil, 8-9 milyard insan yaşayacaq. Onlar qeyd ediblər ki, dünya ölkələrinin əksəriyyətində insanlar ailə həyatı qurmağa çalışmırlar. Həmçinin, nəzərə almaq lazımdır ki, planetin əhalisinin sayı qocalır. Əksər ölkələrdə gənclərin sayı azalmağa doğru gedir, əksinə təqaüdçülərin sayı artır. Qeyd edək ki, hazırda Yerin əhalisinin sayı artır, lakin bu proses qarışıq formada gedir. Bir sıra ölkələrdə əsl demoqrafik fəlakət yaşana bilər. Bura İtaliya, İspaniya, Bolqarıstan, Böyük Britaniya və Cənubi Koreya daxildir /Sputnik / Teqlər : #Tezliklə,#dünya,#əhalisinin,#sayı,#azalacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Növbəti ABŞ-KXDR sammiti Vyetnamda 27-28 fevral tarixlərində keçiriləcək Vaşinqton metrosunda güclü partlayış olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO