Tüfəng və 40 patronla silahlanmnış şəxs Ağ Evə daxil olmaq istəyib

ABŞ Məxfi Xidmət İdarəsinin rəsmi nümayəndəsi Nikol Meynor bildirib ki, daha bir silahlı şəxs Ağ Ev binasına daxil olmağa cəhd göstərib. 
 
Maide.az xəbər verir ki, məlumatda saxlanılan şəxsin 41 yaşlı Ayova ştatı sakini Ar Cey Kafimdir olduğu deyilir: "Şübhəli prezidentin iqamətgahını qoruyan məxfi xidmətin əməkdaşlarına yaxınlaşaraq, Ağ Evə keçməli olduğunu deyib. Mühafizəçilər isə onun hərəkətlərindən ehtiyatlanaraq, əl-qollarını bağlayıb avtomobilində axtarış həyata keçiriblər. Avtomobilə baxış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib.Kafim barəsində qanunsuz silah daşıma maddəsi üzrə ittiham irəli sürülüb." 
 
Qeyd edək ki, bu ilin sentyabr və oktyabr aylarında da analoji hadisələr baş vermiş və Ağ Evə girmək istəyənlərin cəhdi uğursuz başa çatmışdı.

Google+ WhatsApp ok.ru