Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.("Bəqərə" surəsi 21)

Həzrət Məhəmməd (s) buyurur:
“Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”



`The Economist`: Bu qışın qripi niyə daha təhlükəlidir?

-- Amerikada artıq indiyədək 50 uşaq qripdən vəfat edib

Tarix : 09-02-2018 09:48

"The Economist" yazır ki, 2017-2018-ci ilin qrip mövsümü bütün payızı və qışı əhatə edib. İndiki qrip ağırlığına görə 2009-cu ilin donuz qripinə bənzəyir. Yanvarın 13-dək iki həftə ərzində baş verən bütün ölüm hallarnın 10 faizi sətəlcəm və qripə görə olub. Bu hədd epidemiya səviyyəsindən daha yüksəkdir.
 
Bu il xəstəxanalara düşənlərin 51 faizi qrip və onunla əlaqədar fəsadlara görə xəstələnib. Amerikada artıq indiyədək 50 uşaq qripdən vəfat edib. Görəsən bu qışın qripi niyə bu qədər sərtdir?
 
"The Economist" yazır ki, adətən ağır qrip mövsümlərindən danışarkən, 1918-1920-ci illərin qrip epidemiyaları yada düşür. O epidemiyalarda qripə dünya üzrə 500 milyon insan yoluxmuş, bunlardan 1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan tələf olmuşdu. O vaxtlar qrip elə bir miqyas almışdı ki, insanları dəfn etmək üçün tabut çatışmırdı.
 
Məqalədə deyilir ki, builki pandemiyanın belə sərt olması qripin bu virusunun yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini "vuranadək" tanımaq olmur.
 
Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qripi hələ də proqnozlaşdıra bilmir.
 
1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini ağırlaşdıran bir sıra faktorlar mövcuddur. Bu qripi törədən virus ştammı köhnə ştammın H3N2 kimi tanınan alt tipidir.
 
Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus çevik mutasiya qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, virus bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir. Nəticədə ötən ilin əvvəllərində hazırlanmış vaksin artıq bu qrip üçün işləmir.
 
Avstraliya və Kanadadan alınmış məlumatların təhlili göstərir ki, vaksinlər indiki qripin qarşısını yalnız 10 faiz hallarda ala bilib. Halbuki normal zərdablar üçün bu rəqəm adətən 30-60 faiz arası olmalıdır.
 
Lakin ən pis hallarda da vaksinlər qripin ən azı sərtliyini ala bilir.
 
Alimlər bildirirlər ki, vaksinləri gücləndirməyin yollarından biri də onların virusun başının yox, gövdəsinin hədəfləməsi ola bilər. Çünki virus ən çox gövdə hissəsində mutasiyaya məruz qalır.
 
Digər bir yol genetik dəyişdirmə üsulu ilə alınmış viruslar ola bilər. Belə viruslardan alınmış vaksinlər insanın immun sisteminin daha çevik reaksiyasını təmin edərdi. (bbc)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:42
05:20
12:37
20:10
23:47
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-05-2018 20:15