`The Arakan Project`in direktoru: `Öldürülən Rohingiyalı müsəlmanların meyitlərini yandıraraq məhv edirlər`

`The Arakan Project`in direktoru: `Öldürülən Rohingiyalı müsəlmanların meyitlərini yandıraraq məhv edirlər`

Mərkəzi Tailandda olan "The Arakan Project" adlı insan haqları təşkilatının direktoru Kris Lewa, Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin arakanlı Müsəlmanlara (Rohingyalı müsəlmanlara) qarşı zorakılıqlara münasibət bildirərəkən "Ordu və digər firatçı buddistlər, arxalarında dəlil buraxmamaq üçün öldürdükləri şəxslərin (müsəlmanların) cəsədlərini toplayaraq yandırdıqlarını müəyyən etdik" deyib. 
 
Maide.İnfo “AA”-a istinadən xəbər verir ki, K.Lewa, BBC-yə verdiyi açıqlamada, təşkilatın Arakandakı şiddət hadisələrini izlədiyini bildirərək, Rathidaung şəhərində yalnız bir yaşayış yerində ən az 130 arakanlı müsəlmanın həyatını itirdiyini söyləyib.
 
Eyni bölgədəki üç digər kənddə də "onlarla" müsəlmanın öldüyünə qarşı siqnallar aldıqlarını qeyd edən K. Lewa, "Təhlükəsizlik qüvvələri kəndləri mühasirəyə alaraq insanlara təsadüfi atəş açır. Bundan başqa, ötən il oktyabr ayındakı hadisələrə nisbətən, indiki hadisələrdə Buddist xalqdan daha çox sayda adamın orduya yardım etdiyini görürük" deyib. 
 
Arakanda ordunun əməliyyatlara davam etdiyinə işarə edən K.Lewa, "Ordu və digər vətəndaşların, arxalarında dəlil buraxmamaq üçün öldürdükləri şəxslərin cəsədlərini toplayaraq yandırdıqlarını müəyyən etdik".
 
Myanmar ordusunun silahlı hərbiçilərlə mübarizə və bu səbəblə də Arakan ştatında davam edən hücumlarında 25 avqustdan bu yana çox sayda arakanlı müsəlman həyatını itirib. Hücumlarda hədəf alınan 60-dan çox kənd yandırılıb. On minlərlə arakanlı müsəlman can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
 
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir. BMT, bu ana qədər 87 min arakanlı müsəlmanın Banqladeşə keçdiyini bildirir, ancaq on minlərin sərhəd bölgəsindəki gözlədiyi qeyd olunub. 
 
Myanmar hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsinə görə, öldürülən rohingiyalı müsəlmanların sayı müəyyənləşdirilməyib.
Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən müsəlmanların sayının 3 minə yaxın olduğunu bildirir. 
 
Myanmar rəhbərliyi, qaçqın və ya evsiz qalan arakanlı müsəlmanlara humanitar yardım çatdırılmasına da imkan vermir. /

Google+ WhatsApp ok.ru