«The Washington Post» Leyla Yunusdan yazdı

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun həbsi dünyanın nüfuzlu təşkilatlarını hərəkətə gətirib. Artıq bir çox beynəlxalq təşkilat hüquq müdafiəçisinin və həyat yoldaşının həbsdən azad olunması tələbi il çıxış edib. Bu mövzu xarici mətbuatın da gündəmindədir.
 
ABŞ nüfuzlu «The Washington Post» qəzeti Leyla və Arif Yunuslara həsr edilən məqalə dərc edib. Qəzetin yazdığına görə, ölkənin ən fəal hüquq müdafiəçisi və İlham Əliyev rejiminin sərt tənqidçisi olan Leyla Yunus və həyat yoldaşı ağır ittihamlarla həbs edilib. Şəkərli diabetdən əziyyət çəkən hüquq müdafiəçisi tibbi yardımdan məhrum edilib. Eyni zamanda ona MTN-nin təcridxanasında saxlanılan həyat yoldaşı ilə hər hansı əlaqə yaratmaq imkanı verilmir.
 
Qəzet bir neçə gün əvvəl Leyla Yunusun Kürdaxanıdan MTN-nin təcridxanasında saxlanılan həyat yoldaşı Arif Yunusa yazdığı təsirli məktubu da dərc edib. azadlıq.info/

Google+ WhatsApp ok.ru