Tibbi xidmətin əlçatanlığı və keyfiyyəti

Tibbi xidmətin əlçatanlığı və keyfiyyəti

Azərbaycanda ürək əməliyyatları 9-10 min manata baş gəlir.

«Novoye Vremya» qəzetində «Tibbi xidmətin əlçatanlığı və keyfiyyəti- uğurların əsasıdır» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, Azərbaycanda tibbi xidmətlərin tədricən ödənişli sistemə keçəcəyi haqda gözləntilər var. Müəllif yazır ki, onsuz da ölkədə reallıqda tibbi xidmət ödənişlidir. Bu baş verərsə, sadəcə proses rəsmiləşər.
 
Yazıda vurğulanır ki, bununla belə, acı sonluqla bitən həkim səhvləri artmaqda davam edir. Bu amil isə pullu tibbi xidmətin də keyfiyyətli olacağı düşüncəsini rədd edir.
 
Müəllifi hesab edir ki, hələ formalaşmamış tibbi sığorta fonunda pul vəsaitlərinin olmaması xəstəxanalarda ölüm hallarının artmasına səbəb olacaq:
 
«Yeri gəlmişkən, onun səviyyəsi indi də yüksəkdir, ən azı, ana ölümləri yüksək olaraq qalır».
 
Yazıda doğuş zamanı ana ölümlərinin səbəbləri barədə də danışılır. 2016-cı ildə 22 belə hadisə baş verdiyi bildirilir. Amma müəllif rəsmi rəqəmlərə şübhə bəsləyir.
 
Yazıda vurğulanır ki, ölkədə istənilən doğum evində xidmətlərə görə pul alırlar:
 
«Bu səbəb üzündən son zamanlar evlərdə doğuşların sayı artır. Başqa sözlə, tibb müəssisələrində rüşvət gündəlik işə dönüb».
 
Yazıda bildirilir ki, artıq Azərbaycanda ürək əməliyyatları 9-10 min manata baş gəlir. Müəllifin fikrincə, qonşu İran və Türkiyədə həmin əməliyyatlar iki dəfə ucuz, amma daha keyfiyyətli yerinə yetirilir.
 
Yazıda bildirilir ki, buna görə də Azərbaycan vətəndaşlarının çoxu müalicə məqsədilə xarici ölkələrə üz tuturlar...(azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru