Tibb ixtisası üzrə tələbə qəbulu kəskin azaldı

Tibb ixtisası üzrə tələbə qəbulu kəskin azaldı

-- səbəb kimi dövlət sifarişinə əsasən plan yerinin azaldılması göstərilir..

"Bizimyolinfo"da   "Səhiyyə Nazirliyindən plan yerinin azalması ilə bağlı" yazı diqqət cəlb edir.
 
Müəllif 2018-2019-cu tədris ili üzrə ölkənin ali məktəblərinə qəbul plan yerlərinin açıldığını bildirir və bu plana əsasən, əksər sahələr üzrə qəbul plan yerlərinin artırıldığını bildirir.
 
Eyni zamanda, müəllif burada istisna olduğunu da vurğulayır və bildirir: "Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə baş verdi".
 
Müəllif vurğulayır ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı.
 
Yazı müəllifi deyir ki, bu il, yəni, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb.
 
Müəllifin bildirdiyinə görə, bu isə keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayının 290 nəfər azalması deməkdir.
 
Müəllifin sözlərinə görə, Səhiyyə Nazrilyindən verilən cavabda bu azalmaya səbəb kimi dövlət sifarişinə əsasən plan yerinin azaldılması göstərilir.
 
Məqalədə deyilir ki, məlum istiqamət üzrə tələbə qəbulu planının artması və ya azalması ilə bağlı "Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə qəbul ediləcək tələbə sayı haqqında təklifini verir.
 
Müəllif bildirir ki, bundan da irəli gələrək, hökumət də bu təklifə baxaraq dövlət sifarişini verib.
 
Müəllifin açıqlamasına görə, bu istiqamət üzrə tələbə qəbulu planı tələbata uyğun olaraq müəyyən edilib.(contact.az)

Google+ WhatsApp ok.ru