Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin reyestrini TƏBİB aparacaq 07 Aprel 2021 16:00 Xəbərlər Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq. APA-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək. Əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi. Teqlər : #Tibb,#və,#əczaçılıq,#fəaliyyəti,#ilə,#məşğul,#olan,#şəxslərin,#reyestrini,#TƏBİB,#aparacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livan 'Hizbullah'ının Moskvada nümayəndəliyi açılacaq Ağdaban soyqırımının 29-cu ildönümüdür
Azərbaycana idxal olunan bu avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılacaq