Tiflisdə Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə tədbir keçirildi - FOTO

bu gün “BGMİ”nin nəzdində bu aydan etibarən fəaliyyətə başlayan “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib. 
 
Bu baradə Maide.az-a Gürcüstanda yaşayan müsəlmanlar məlumat veriblər.
 
Tbilisidə yerləşən “Alul-beyt” mədəniyyət mərkəzində yüksək səviyyədə təşkil olunan tədbirdə ictimaiyyət və din xadimələri, qadınlarla bağlı QHT sədr və nümayəndələri, Acarıstan Muxtar vilayətindən və eləcədə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edib.
 
Məclisin aparıcısı “Əl-Mustafa” adına Dini, Elm Mərkəzinin müəlliməsi Elnarə Cəfərli mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra ilk növbədə Quran tilavəti üçün sözü Lamidə Bayramovaya verib. Məclis açıq elan olduqdan sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə xanımları təbrik edib. Hacı Ramin çıxışında Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyası ilə xanımlara örnək olmasından, O xanımın xüsusi ilə Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb.
 
Sonra “Gürcüstan Müsəlman Qadınları İcması”na daxil olan: “Fatimeyi Zəhra (s.ə)” adına qadınlar cəmiyyətinin sədri Gülşə Nemətova, “Hz. Zeynəb” Qadınlar Təşkilatından Esmira Nəsibova, Beynəlxalq Qadınlar Qrumunun sədri Maxvala Xmaladze, Gürcüstan Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova və başqaları çıxış ediblər. Nümunəvi qadın simvolu olan Hz. Zəynəbin (s.ə) həyatı, fəziləti və özəllkləri, Xanımın Kərbəladakı rolu söhbətlərin əsas mövzularından idi. 
 
Söhbətlərarası Gürcüstan Qadınar İcmasının dəvəti ilə Azərbaycan Respublikasından gələn “Kovsər” İlahi Mahnılar qrupunun ifasında ilahi nəğmələr oxunub.
 
Yeni-yetmə qızlar Hz.Zeynəbin mədhinə şeir və qəsidələr söyləyiblər.
 
Sonda Hz. Zeynəbin (s.ə) həyatından bəhs edən nömrələnmiş kitablar iştirakçılara təqdim olunub. Püşklərdən çıxan nömrələr kimin payına düşən kitablardakı ilə eynilik təşkil etsəydi həmin şəxslərə səccadə və hicablardan ibarət hədiyyə verilib. Adları Zeynəb olan yeniyetmə qızlar da hədiyyəsiz qayıtmayıblar.
 
Ttədbir "Fərəc" duasından sonra bayram süfrəsi ilə yekunlaşıb.

Google+ WhatsApp ok.ru