Tikinti bazarında mağazası yanan icarədarlar kompensasiya tələb edirlər

Tikinti bazarında mağazası yanan icarədarlar kompensasiya tələb edirlər

“EuroHome” tikinti materialları bazarında yanğın zamanı yanan mağazaların icarədarları kompensasiya tələb edir. İcarədarlar artıq bir neçə dəfə etiraz olaraq Bakı-Sumqayıt avtomobil yolunu bağlamağa cəhd ediblər.
 
İcarədarlardan biri bildirib ki, onun mağazasında yarım milyon manatdan çox dəyəri olan tikinit materialı yanıb.
 
Müşahidəçilər isə tikinti bazarında icarədarlara dəyən ziyanın on milyonlarla manat olduğunu bildirir. Mağazaların və tikinit bazarının sığortasının olub-olmaması barədə məlumat verilmir.
 
Dekabrın 10-da Binəqədi rayonunda yerləşən tikinti materialları bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.
 
İcarədarlardan biri deyib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğından bir neçə gün əvvəl mağazalardakı yanğınsöndürən şitləri yoxlayıb və yanğından mühafizə xətlərində suyun gəlmədiyi aydın olub, amma tədbir görülməyib.
 
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev icəradarlara 13-14 dekabrda onlarla görüç keçirəcəyini deyib. /contact.az
 
 

Google+ WhatsApp ok.ru