Tikinti materialları bazarında yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Tikinti materialları bazarında yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

-- Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
 
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
 
Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.
 
09:41
 
Bakıda tikinti materiallarının satışı mağazası yanır.
 
Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
 
Yanğınsöndürmə işləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru