Tikinti meydanlarında nələrə əməl olunmur?

Tikinti meydanlarında nələrə əməl olunmur?

“Yenisabah.az”  “Bir tikə çörəyə qurban gedənlər...” sərlövhəli məqalədə istehsalat, xüsusilə tikinti sahəsində baş verən bədbəxt hadisələr xəsarətləri təhlükəsizlik eksperti Elməddin Nurəliyevlə müzakirə olunur.

 
Müəllif deyir ki, tikinti sahəsində çalışanlar hər an təhlükə ilə qarşılaşırlar və təəssüflər olsun ki, tikintidə təhlükəsizlik qaydalarına riayət edilmir: “Hər il Azərbaycanda 100-dən çox istehsalat qəzası baş verir” deyən müəllif qəzalardan qorunmağın yolları barədə ekspertlə müzakirə aparır.
 
Ekspertə görə, ilk növbədə işçilərlə əmək müqaviləsi bağlanmalıdır: Bir çox problemlərin yaranmasının əsas səbəbi ustalarla və ya fəhlələrlə əmək müqaviləsinin bağlanmamasıdır.
 
İşçilər iş yerlərində, tikintidə işləyərkən qoruyucu vasitələrlə təmin olunmalıdırlar: “Sahibkarların da vəzifə öhdəliyi və borcudur ki, işçilərin təhlükəsizliyini tam qorusun və onların təhlükəsizliyi üçün lazım olan ləvazimatlarla onları təmin etsin", - ekspert bunu bildirir.
 
Yazıda vurğulanır ki, müşahidələr zamanı hündürlükdə çalışan fəhlələrin  qoruyucu kəmərləri, başlrında isə kaskaları olmadığı, ayaqlarında rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabların olması özünü göstərib.
 
Müəllif bu mənzərənin özünü potensial təhlükə sayaraq iş yerlərində bədbəxt hadisələrin baş verməsini bu laqeydliyin nəticəsi adlandırır.
 
Bundan irəli gələrək müəllif işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını  çox vacib hesab edir.

Google+ WhatsApp ok.ru