Tillerson işdən çıxarıldı

Tillerson işdən çıxarıldı

-- Tillersonun yerinə...

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.
 
Maide.az xarici KİV-ə istinadən xəbər verir ki, Tamp bu barədə tvitterdəki hesabında məlumat paylaşıb.
 
O qeyd edib ki, Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin edəcək. Pompeodan boşalacaq yerə isə həmin idarənin direktoru Gina Haspel gətiriləcək. Bununla da, Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək.
 
Qeyd edək ki, R.Tillersonun bir neçə aydır istefaya göndəriləcəyi bildirilsə də, iddialar təkzib edilirdi. Tramp və Tillerson arasında fikir ayrılığı barədə mətbuatda dəfələrlə xəbərlər yazılmışdı.
 
 

Google+ WhatsApp ok.ru