TIME jurnalı gələcəyə dair verilən proqnozlardan ən ağılsığmaz 7-ni seçib

1. Gələcəyin insanları təkgözlü olacaq.
Doktor Tomas Hall Shastid 1933-cü ildə yazdığı bir məqalədə gələcəyin insanlarının "Cyclop", yəni təkgözlü olacağını iddia etmişdi. Shastide görə insanın alını da uzun olacaq.
 
2. Televiziya əsrində yaşayan insanların nəticələri oxumağı bilməyəcək.
 
3. Hər bir xəstəliyi müalicə edən dərman hazırlanacaq.
Belə bir iddianı İsveçrəli doktor Fransua Ody 1956-cı ildə səsləndirmişdi.
 
4. Gələcəkdə ərzaq problemini həll etmək üçün dəniz altında yosun təsərrüfatları yaradılacaq.
1966-cı ildə Rand firmasının bu təxmininə görə, gələcəkdə sualtında əkinçilik olacaq.
 
5. Beyinə nəzarət edən dərman hazırlanacaq.
 
6. Kvadrat pomidor əkiləcək
Orville Freeman gələcəkdə kənd təsərrüfatı texnikasının çox inkişaf edəcəyini və daha asan qablaşdırması üçün kvadrat pomidorlar əkiləcəyini söyləmişdi.
 
7. Televiziya görüntülərini hiss edəcəyik və televiziyadan qoxu çıxacaq.

Google+ WhatsApp ok.ru