`Time` jurnalı Trampdan saxtakarlığa son qoymağı tələb edib

`Time` jurnalı Trampdan saxtakarlığa son qoymağı tələb edib

"The Guardian" yazır ki, "Time" jurnalı Tramp təşkilatından prezidentin qolf klublarının divarlarındakı saxta üz qabıqlarını çıxarmağı tələb edib.
 
Söhbət guya Donald Trampın şəkli olduğu iddia edilən "Time" jurnalının üz qabıqlarından gedir. "Time" bildirir ki, Trump bu üz qabıqlarını saxtalaşdırıb və əslində "Time" jurnalı iddia edilən vaxtda üz qabığında onun fotosu ilə çıxmayıb.
 
"The Washington Post" yazıb ki, burada söhbət əsasən bir üz qabığından gedir. Bu üz qabığında Trampın portreti var, şəklin altından isə yazılıb: "Donald Trump: Apprentice verilişi televiziya möcüzəsidir!", "Time" bu şəklin saxta olduğunu bildirir.
Deyilənlərə görə, bu foto ABŞ prezidentinin dünya boyunca 4 qolf klubunun divarlarını bəzəyir.
 
"Time" bildirib ki, onun 1 mart 2009-cu il nömrəsində Trampın şəkli heç bir halda verilməyib. Əsl "Time" jurnalının həmin sayında üz qabığında aktrisa Keyt Uinsletin portreti olub.
 
time
 
ABŞ mediası yazır ki, "Time" qəzeti Trampın portretini üz qabığnda bir dəfə, 1989-cu ildə verib və həmin portretin altında onun biznesmen olduğu göstərilmişdi.
 
Sonuncu dəfə Trampın şəkli "Time" jurnalının üzündə 2016-cı ilin dekabrında görünüb. Həmin vaxt Tramp ilin adamı elan edilmişdi.
 
Ağ Ev "Time" jurnalının saxtalaşdırılması ilə bağlı sualları cavablandırmayıb (BBC).

Google+ WhatsApp ok.ru