Times: IŞİD Suriya və İraqda yenidən təşkilatlanır

Times: IŞİD Suriya və İraqda yenidən təşkilatlanır

-- İŞİD İraqda son 3 ay yarımda ən az 440 terror hücumu həyata keçirilib.

İngiltərənin  “Times” qəzeti yazır ki, İŞİD  Suriya və İraqda xaos mühitindən istifadə edərək yenidən  təşkilatlanır. 
 
Maide.Az “BBC”-ə istinadən yazır ki, “Times” qəzeti İŞİD Suriyada qısa bir zamanda Halep,  Hama və İdlib əyalətləri sınırındakı 400 metrlik  bir ərazini ələ keçirib,  İraqda isə İŞİD son 3 ay yarımda ən az 440  bombalı hücum, qarşıdurma və sui-qəsd təşkil edib.
 
Terrorçular Diyala əyaləti, Mosul vilayəti və ƏbuBəkr Əl-Bağdadinin gizləndiyi deyilən Ənbar əyalətində təsirə malikdir. Oktyabr ayının sonlarından bəri 390 iraqlı mülki vətəndaş və 142 təhlükəsizlik əməkdaşı terrorçular tərəfindən öldürülüb.
 
Qəzet bu hücumları İŞİD-in yenindən təşkilatlanması kimi dəyərləndirib. 
 
    
 

Google+ WhatsApp ok.ru