Tiqrit İraq ordusunun nəzarətinə keçdi

İŞİD terror təşkilatı ağır zərbə aldığı vaxt İraqdan alınan xəbərlərə görə, Səlahaddin vilayətinin mərkəzi olan Tiqrit şəhəri tamamilə İraq ordusunun nəzarətinə keçib.
 
Maide.az-ın məlumatına görə, İraq Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, İraq ordusu dünən Tiqrit şəhərində İŞİD terroristlərinə qarşı təşkil etdiyi əməliyyat nəticəsində şəhərin nəzarətini tamamilə ələ keçirib.
 
Bu vaxt İraq ordusunun terroristləri dörd tərəfdən tam mühasirəyə aldığı bildirilir.
 
Bildirilir ki, Bici şəhərində də İraq ordusunun xalq könüllülərinin dəstəyi ilə şəhərin 6 km. daxilinə qədər irəliləyib və Bici neftayırma zavodundakı hərbi bazaya daxil olub.
 
İraqın qərbində yerləşən Ənbar vilayətində də İraq ordusunun Ramadi şəhərini terroristlərin mühasirəsindən çıxardıqları bildirilir.

Google+ WhatsApp ok.ru