İtkin düşən şəxs tapılan kimi həbs edildi

Bakıda eyni şəxs barəsində iki polis idarəsində fərqli əməliyyatlar aparıldı.
 
Yaxınlarının polisə verdiyi məlumat əsasında Suraxanı RPİ-də onun itkin düşməsi barədə əməliyyat başladılıb. Bakı sakini, 1981-ci il təvəllüdlü Taleh Rəhimov itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
 
Bir həftə sonra isə həmin şəxsdən şikayətçilər peyda olub. Binəqədi polisinə edilən müraciətdə onun külli miqdarda pul mənimsədiyi iddia olunub. T.Rəhimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi açılaraq axtarışa verilib. Polisin keçirdiyi əməliyyat nəticəsində T.Rəhimov saxlanılıb. Araşdırma aparılır.

Google+ WhatsApp ok.ru