Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçilib

Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçilib

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu haqqında bu gün, martin 23-də Nizami Rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
Maide.Az "azadliq.org"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə prosesdən sonra vəkil Elçin Sadıqov məlumat verib.
 
Onun deməsinə görə, prosesin hakimi Nəriman Mehdiyev olub: «Tofiq Yaqublu özünü təqsirli bilmir, təbii ki, qərardan apellyasiya şikayəti verəcəyik. Qərarı tamamilə əsassız və qanunsuz hesab edirik».
 
Vəkilin deməsinə görə, T.Yaqublu 3 saylı İstintaq Təcridxanasına aparılacaq.

Google+ WhatsApp ok.ru