Tofiq Yaqublunu Gürcüstana buraxmadılar

 Müsavat başqanının müavini Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməyib.

Maide.Az xəbər verir ki, bu haqda T. Yaqublu özü məlumat verib:

“Məni şərləyərək həbs etdilər. Bu üzdən Nərgizimin nə gəlin köçəndə yanında ola bildim, nə də həyatdan köçəndə. Həyatımın 3 il 2 ayını çaldılar. Həbsdən çıxdıqdan sonra ilk dəfə doğma el-obama, Borçalıya, dünyanın ən gözəl kəndi İncəoğluya gedirdim. Həm qohum-qardaşla görüşməyə, həm də vacib hüzr məclisində iştirak etməyə.

Amma zibillik içində olan Sınıq Körpü sərhəd məntəqəsində bildirdilər ki, mənə “stop qoyulub”, ölkədən çıxa bilmərəm. İndi bunlara nə deyəsən?”

Xatırladaq ki, İ.Məmmədovla  T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar.

İlqar Məmmədov  7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

T. Yaqublu bu ilin mart ayında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. (modern.az) 

Google+ WhatsApp ok.ru