Tofiq Yaqublu qızı ilə görüşdü

Tofiq Yaqublu qızı ilə görüşdü

"Qərarım qətidir. Axıra qədər gedəcəm!"

Tofiq Yaqublunun qızı Nigar Həzi bu gün City Hospitalda atası ilə görüşüb. Görüşdən sonra bu məlumatı paylaşıb:

 
İndicə atayla göruşdüm. Ona dəstək üçün aclıq edən, dəstək olan, salam göndərən hər kəsə təşəkkürünü bildirdi.
 
Mən içəri reanimasiya otağına girəndə yatırdı. Oyananda məni gördü. 6 ayda ilk dəfə idi ki, onu bu qədər yaxından görürdüm və ilk dəfə idi ki, ona sarılırdım. Xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində idi.
 
Mənə dedi ki, artıq sistem köçürülməsindən də imtina edirəm. Mənim qərarım qətidir. Ya AZADLIQ, ya ÖLÜM!
 
Dedi ki, mən aclıq elan etdiyim gün məhkəmədən gələndən sonra məni birbaşa kameraya aparmadılar. Rəisin otağında rəis və müavinləri düz saat yarım məndən xahiş etdilər ki, aclığı dayandırım. Mən qərarımın qəti olduğunu israrla deyəndən sonra düz ayın 7-nə kimi heç kim gəlib mənimlə maraqlanmadı. Bu müddət ərzində gəlib demədilər ki, aclıq etdiyinə görə ərizə yazmalısan. Ancaq ərizəni ayın 7-də yazanda qeyd etdim ki, aclığa ayın -2dən başlamışam.
 
İradəm möhkəmdir. Axıra qədər gedəcəm. Sonu nə olacaqsa olacaq. Ölümsə ölüm, azadlıqsa azadlıq! /azadliq.info/

Google+ WhatsApp ok.ru