Tokioda məscid qarşısında uzun növbə yarandı - VİDEO

Tokioda məscid qarşısında uzun növbə yarandı - VİDEO

-- məscidin yenidən bərpası 2000-ci ildə həyata keçirilib

1938-ci ildə Tatar türklərinin dini lideri Qurban Əli tərəfindən inşa etdirilən Tokio məscidi qarşısında uzun növbələr yaranıb.
 
Maide.Az Pakistanın "Cenk" qəzetinə istinadən xəbər verir ki, məscid ibadət məkanı olmaqla yanaşı, turistlərin də ən çox ziyarət etdiyi abidələrdən biridir.
 
Yerli əhali tərəfindən "Türk məscidi" də adlandırılan bu məscid İslamın əzəmətini nümayiş etdirdiyi bildirilir.
 
Bu məscid həm də yerli əhali arasında İslamın yayılmasında önəmli rola sahibdir.
 
Qeyd edək ki, məscidin yenidən bərpası 2000-ci ildə həyata keçirilib.
 
Tatarlar 1930-cu illərdə rus zülmündəm qaçaraq Yaponiyanın müxtəlif şəhərlərinə yerləşdikdən sonra, burada müxtəlif istiqamətdə İslama xidmət də göstəriblər. Onlardan biri də məhz Tokio məscididir.
 
 
 

Google+ WhatsApp ok.ru