Tokioda 20-dən çox təyyarə sərnişinlərin yüklərini yerdə unudub

Tokioda 20-dən çox təyyarə sərnişinlərin yüklərini yerdə unudub

 
Tokionun  Xaneda  aeraportunda 20-dən çox təyyarə təyinat məntəqəsinə uçarkən, yerdə sərnişinlərin yüklərini unudub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə NHK telekanalı xəbər yayıb.
 
Sərnişinlərdən qeydiyyat zamanı alınan yüklərin təyyarənin göyərtəsinə yükləyən konveyerlərdən biri sıradan çıxıb. Problem müəyyən olunduqdan sonra, əməkdaşlar əl ilə yükləməyə başlayırlar. Bu zaman məlum olur ki, 10 təyyarə bütün, 12 təyyarə isə qismə yükləri yerdə qoyaraq uçub. 
 
Məsələ burasındadır ki, sərnişinlər bu barədə ancaq təyinat məntəqəsində eniş edərkən xəbər tutublar. Nasaz konfeyrin məxsus olduğu ANA aviakompaniysı sərnişinlərdən bu narahatçılığa görə üzro istəyib və gün ərzində yüklərin çatdırılacağına vəd verib.
 
Bu hadisənin cəmi bir həftəlik səfərə gələn turistlərin istirahətinə kölgə saldığı bildirilir. /

Google+ WhatsApp ok.ru