Tokio olimpiadasının açılış mərasimi başladı 23 İyul 2021 15:04 Xəbərlər Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb. Maide.Az "Report"a istinadla xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir. Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var. Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq. Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq. Teqlər : #Tokio,#olimpiadasının,#açılış,#mərasimi,#başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib Antaliya sahillərində 45 miqrantın olduğu qayıq batıb