Topqapı sarayından qaçırılan 6 əsrlik “Qurani-Kərim” kitabxanaya təhvil verildi - FOTO

Topqapı sarayından qaçırılan 6 əsrlik “Qurani-Kərim” kitabxanaya təhvil verildi - FOTO

-- Quran ingilislər tərəfindən qaçırılmışdı

Türkiyənin Çorum rayonunun Örəncik kəndinin məscidindəki 6 əsr yaşı olan “Quran” kitabı Yazma Əsərlər Kitabxanasına təhvil verilib.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 200 ildir həmin məsciddə mühafizə edilən müqəddəs kitabın zədələnmiş hissələrinin bərpası üçün çalışmalar aparılıb.
 
Kitabın ingilislərin İstanbulu işğalı zamanı Topqapı sarayından qaçırılaraq Örəncik kəndinə aparıldığı bildirilir.
 
Qeyd edək ki, hazırda Yazma Əsərlər Kitabxanasında 4252-si yazma, 9060-I çap olmaqla ümumilikdə 13 min 312 əsər saxlanılır. Onların çoxunun ərəbcə, farsca və osmanlıca yazıldığı bildirilir.
 
 
 

Google+ WhatsApp ok.ru