Torontoda Beynəlxalq Müsəlman Film Festivalı keçiriləcək

Torontoda Beynəlxalq Müsəlman Film Festivalı keçiriləcək

İlk Toronto Beynəlxalq Müsəlman  Film Festivalı (MIFF) oktyabrın 30-də Torontonun "Ontario Place" kinoteatrında  təşkil olunacaq.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, festivalda  Kanada, Pakistan, Türkiyə və Amerikadan müxtəlif janrlarda filmlər nümayiş olunacaq.
 
Festivalda təqdim olunan filmlər arasında  Kanadadakı Suriyalı qaçqınlar haqqında sənədli film, Əfqan bir qadının həyatından bəhs edən film, İngilis İmperiyası tərəfindən Cənubi Asiyanın müstəmləkəçiliyi haqqında və s. filmlər yer alır. 
 

Google+ WhatsApp ok.ru