Torpaq sürüşdü, qədim yaşayış məskəni ÜZƏ ÇIXDI - CƏLİLABADDA

Torpaq sürüşdü, qədim yaşayış məskəni ÜZƏ ÇIXDI - CƏLİLABADDA

Cəlilabadda tunc dövrünə aid məzarlıq və yeni yaşayış məskəni aşkar edilib.
 
AMEA-dan  verilən məlumata görə, ərazidə qədim dövrə aid xeyli sayda başdaşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.
 
Qədim məzarlıq və yeni yaşayış məskəni Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində aşkar edilib.
 
Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.
 
Mütəxəssislər yaxın günlərdə aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə bağlı əraziyə baxış keçirəcəklər. (publika) 
 

Google+ WhatsApp ok.ru