Torpaq islahatlarına qarşı aclıq aksiyası

Torpaq islahatlarına qarşı aclıq aksiyası

Qazaxıstanda qeyri-hökumət təşkilatının rəhbəri ölkədəki ziddiyyətli torpaq islahatları proqramına etiraz olaraq aclıq aksiyası keçirir.
 
Ramazan Esergepov “Problem yaşayan jurnalistlər” təşkilatının prezidentidir. O, iyunun 20-də Almatıda aclıq aksiyasına başlayıb və hökumətdən ertələdiyi torpaq özəlləşdirilməsi planı barədə “aydın izahat” tələb edir.
 
O, həmçinin bu plana etiraz görə saxlanan fəallar barədə informasiya istəyir.
 
Aprel və may aylarında minlərlə qazaxıstanlı torpaq islahatlarına etiraz edib. Özəlləşdirmə planının iyulun 1-dən həyata keçiriləcəyi bildirilib.
 
Yüzlərlə etirazçı saxlanıb. 
 

Google+ WhatsApp ok.ru