Torpaq sürüşməsi İranda 147 kəndin yolunu bağladı 22 Yanvar 2019 09:02 Dünya İranın Lorestan vilayətində torpaq və dağ sürüşməsi nəticəsində 147 kəndlə əlaqə kəsilib. Bunu polis şöbəsinin rəisi, polkovnik Abbas Məhəmmədi deyib. A.Məhəmmədinin sözlərinə görə, təbii fəlakət nəticəsində 300 metr yol dağılıb, dağın çaya doğru sürüşməsi suyun səviyyəsinin qalxmasına səbəb olub. Polis rəisi 21 min nəfərlik əhalinin rayon mərkəzi ilə əlaqəsinin tam şəkildə kəsildiyini deyib: "4 kənd daşqın təhlükəsi ilə üzləşib. Sürüşmə nəticəsində bağlanmış çayda su axınının qarşısı açılmazsa, bölgəyə ciddi şəkildə iqtisadi ziyan dəyə bilər". / trend/ Teqlər : #Torpaq,#sürüşməsi,#İranda,#147,#kəndin,#yolunu,#bağladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı arakanlı müsəlmanları ölkədən çıxardır Trampın rəqiblərinin sayı 4-ə çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO