Tovuzda leysan fəsad törədib - FOTO/VİDEO

Tovuzda leysan fəsad törədib - FOTO/VİDEO

Tovuza yağan güclü dolu rayonda bir sıra ciddi fəsadlara yol açıb.
 
Maide.İnfo ARB 24-ə istinadla xəbər verir ki, davamlı yağan leysan rayonun Xatınlı, Qaraxanlı, Qədirli və Düz Cırdaxan kəndlərində sakinlərə çətin anlar yaşadıb.
 
Əlimərdanlı kəndində isə sakinlər gecəni çöldə keçirməli olublar. Səbəb 16 ailədən ibarət binanın suyun altında qalması olub.
 
40 ilin tikilisi olan ikimərtəbəli binanın tavanı çatlayıb. Bu da yağan yağışın evlərin içərisinə daxil olmasına zəmin yaradıb.
 
Svet Məhərrəmova (sakin): "Bax, çarpayının üstünə damır. Harda yatasan, necə yatasan? Döşəməyə yağır,ordan da aşağı evə tökülür".
 
Həyət evləri isə tamamilə su altında qalıb. İki saatdan çox davam edən leysan onları da evlərindən didərgin salıb.
 
Polad Qasımov (sakin): "2 dənə körpə uşaqdır. O biri otaqda da var bu variant. Dolu demək olmazdı, buz parçası idi"
 
Mövcud vəziyyətlə bağlı Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, onlar da vəziyyətdən xəbərdardırlar, təbii fəlakətlə bağlı komissiya yaradılıb və sözügedən kəndlərdə ziyan dəyən evlərin hamısı qeydiyyata alınıb. /
 
Tovuzda leysan: Binanı su basdı - VİDEO - FOTO
 
Tovuzda leysan: Binanı su basdı - VİDEO - FOTO
 
Tovuzda leysan: Binanı su basdı - VİDEO - FOTO
 
Tovuzda leysan: Binanı su basdı - VİDEO - FOTO

Google+ WhatsApp ok.ru