Tovuzda kütləvi zəhərlənmə

Tovuzda kütləvi zəhərlənmə

Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Mehriban Məmmədova və onların 3 övladı balıqdan zəhərlənib. Zəhərlənən uşaqlar - 2011-ci ili təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci ili təvəllüdlü Həsən Rəşad oğlu Əliyev və 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.
 
Onlara ilkin tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin yaxşı olduğu deyilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
 
 

Google+ WhatsApp ok.ru