Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb-YENİLƏNİB

Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb-YENİLƏNİB

Tovuzda toyda 39 nəfər zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
 
Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.
 
***
 
Tovuzda toyda zəhərlənənlərin sayı artıb.
 
Maide.Az  APA-ya istinadən xəbər verir ki, ötən gün  axşam saatlarında Tovuzda kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayı 35 nəfəri keçib. 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib
 
 Məlumata görə müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur. 
 
Toy məraisminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qıda məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib. 
 
 

Google+ WhatsApp ok.ru